Medianews.az
Əri başqa qadının adını çəkdi,
111 baxış

Əri başqa qadının adını çəkdi, BIÇAQLADI

Rusiyada ailədaxili mübahisə ağır cinayətlə nəticələnib. Qadın yuxuda başqa qadının adını çəkən ərini bıçaqlayıb.

Medianews.az xəbər verir ki, hadisə Buryatiya bölgəsində baş verib.

İçkili olan ər-arvad arasında mübahisə yaranıb. Kişi həyat yoldaşını təhqir edib və evdən qovmaq istəyib. Gecə yuxuda kişinin başqa qadının adını çəkməsi qadını qəzəbləndirib və o, ərinə bıçaqla üç zərbə endirib. Zərbələrdən biri ağır olub – kişinin ağciyəri zədələnib.

Hadisədən sonra qadın yaralı ərinə ilk yardım göstərib, qonşuları və təcili yardım çağırıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Məhkəmə qadını qəsdən adam öldürməyə cəhd maddəsi ilə təqsirli bilib və 6,5 il azadlıqdan məhrum edib. Zərərçəkən məhkəmədə həyat yoldaşının bağışlanmasını xahiş edib, lakin hökm dəyişdirilməyib.

Medianews.az

Bizə qoşulun