Martda Ermənistanın istehlak bazarında 2025-ci ilin eyni ayına nəzərən 4,5 faiz bahalaşma qeydə alınıb.
Medianews.az-ın məlumatına görə, hesabatı yayan Statistika Komitəsi spirtli içkilər və tütün məmulatlarında qiymət artımını 8,6 faiz, ərzaq və spirtsiz içkilərdə 7,8 faiz, geyim və ayaqqabılarda 1 faiz göstərir.
Rəsmi açıqlamaya əsasən, kommunal xidmətlər 0,3 faiz ucuzlaşıb.