Medianews.az
Feysbuk şəbəkəsinin yaranmasından 22 il ötür
75 baxış

Feysbuk şəbəkəsinin yaranmasından 22 il ötür

Feysbuk (Facebook) şəbəkəsinin yaranmasından 22 il ötür.

Medianews.az bildirir ki, feysbuk 2004-cü il fevralın 4-dən fəaliyyətə başlayıb.

Şəbəkəni ABŞ-nin Harvard Universitetinin tələbəsi Mark Zukerberq otaq yoldaşları Eduardo Saver, Dastin MoskovitsKris Hyus ilə birlikdə qurub.

Əvvəlcə yalnız Harvard tələbələri üçün nəzərdə tutulan feysbuk sürətlə digər universitetlər, 2006-cı ildən isə 13 yaşdan yuxarı hər kəs üçün açıq şəbəkəyə çevrilib.

Şəbəkənin adı əvvəlcə "Thefacebook" olub. 2005-ci ildə "the" hissəsi çıxarılıb, "Facebook" qalıb.

2004-cü ilin sonunda 500 min dollar investisiya alan "Facebook" şirkəti 2005-ci ildə bir neçə milyon dollarlıq investisiyalarla inkişafını sürətləndirib.

2021-ci ildə şirkətin adı dəyişərək “Meta” olub.

Hazırda “Meta”ya məxsus olan feysbuk dünyanın ən böyük sosial media platformalarındandır.

“Meta” şirkətinin indiki bazar dəyəri 1 trilyon 500 milyard dollardan artıq qiymətləndirilir.

Medianews.az 

Bizə qoşulun