Medianews.az
Finlandiyada orduda xidmət edən hərbçilərin saçları ilə bağlı mühüm qərar
103 baxış

Finlandiyada orduda xidmət edən hərbçilərin saçları ilə bağlı mühüm qərar

Finlandiyada hərbçilərə uzun saçla hərbi xidmət keçməyə icazə veriləcək.

Medianews.az xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" telekanalı məlumat yayıb.

"Silahlı Qüvvələrdə iyulun əvvəlindən etibarən kişilərə uzun saç saxlamağa icazə veriləcək", - deyə məlumatda bildirilir.

Bununla yanaşı, qeyd olunur ki, gələcəkdə qüvvədə olan qaydalar istisnasız olaraq bütün hərbçilərə şamil ediləcək. Lakin bununla bağlı bir şərt var: uzun saçlar mütləq yığılmış vəziyyətdə olmalıdır. Saçların açıq saxlanılmasına icazə verilməyəcək.

Məlumata əsasən, yeni çağırışçılar hərbi xidmətə iyulun 6-dan başlayacaqlar./Oxu.az

Bizə qoşulun