Medianews.az
DÇ-2026:
130 baxış

DÇ-2026: Sabahkı oyunlar

İyunun 23-də dünya futbol çempionatının qrup mərhələsində beş oyun olacaq.

Medianews.az xəbər verir ki, oyunlar Bakı vaxtıyla bu saatlarda başlayacaq:

İ qrupu, saat 01:00 Fransa - İraq

saat 04:00 Norveç - Seneqal

J qrupu, saat 07:00 İordaniya - Əlcəzair

K qrupu, saat 21:00 Portuqaliya - Özbəkistan

L qrupu, saat 24:00 İngiltərə - Qana

İyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilən çempionatda 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb. Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.

Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.

Qrup mərhələsi iyunun 28-də bitir. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

Medianews.az

Bizə qoşulun