Medianews.az
Gəncədə 2 maşın toqquşdu -
64 baxış

Gəncədə 2 maşın toqquşdu - Yaralılar var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan “VAZ 2107” və “BYD” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun