Medianews.az
Göyçayda əməliyyat -
186 baxış

Göyçayda əməliyyat - Həbs edilənlər var

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Medianews.az-a verilən məlumata görə, əməliyyat zamanı 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıb. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizə qoşulun