Medianews.az
Güclü qar yağışı nəticəsində ölənlərin sayı artdı -
93 baxış

Güclü qar yağışı nəticəsində ölənlərin sayı artdı - Bu ölkədə

Yanvarın 20-dən etibarən Yaponiyanın şimal bölgələrinə və Yapon dənizi sahillərinə yağan güclü qar nəticəsində ölənlərin sayı 38 nəfərə yüksəlib.

Trend xəbər verir ki, bu barədə Yaponiya Yanğından Mühafizə və Xilasetmə Agentliyinin açıqladığı statistika məlumatlarında bildirilir.

Məlumata görə, ölənlər arasında qar təmizləyərkən damdan yıxılanlar, eləcə də yol və cığırları təmizləyən zaman səhhəti pisləşən şəxslər olub. Ən çox ölüm halı Niiqata prefekturasında (14 nəfər) qeydə alınıb. Akita prefekturasında 7, Yamaqatada isə 5 nəfər həyatını itirib. Hokkaydo və Aomori prefekturalarında daha 8 nəfərin öldüyü bildirilir. Naqano, Şimane, İvate və Kioto prefekturalarında da ölüm halları qeydə alınıb.

Bundan əlavə, güclü qar yağışı nəticəsində 413 nəfər xəsarət alıb, onlardan 142-nin vəziyyətinin ağır olduğu bildirilir.

Son həftələrdə Yaponiyanın bir sıra prefekturalarında müşahidə olunan intensiv qar yağışı əsasən Niiqata, Hokkaydo, Akita və Yamaqata əyalətlərinə ciddi təsir göstərib. Əhaliyə yardım məqsədilə bölgələrə hərbi bölmələr cəlb olunub.

Bizə qoşulun