Medianews.az
“Hakimin gözündə mənə qarşı nifrət var idi” -
61 baxış

“Hakimin gözündə mənə qarşı nifrət var idi” - Kaxaber Sxadadze

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 16-cı turu çərçivəsində doğma meydanda “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Qarabağ”ı təbrik edirəm. Çox yüksək səviyyəli oyun getdi, temp yüksək idi. Komandam yaxşı oynadı. Onlara təşəkkür edirəm. Son 15 dəqiqədə yorğunluq yarandı. Qışda heyəti gücləndirdikdən sonra komanda 77 dəqiqə yox, 90 dəqiqə oynaya bilər və daha yaxşı nəticələr göstərərik. Bir xal qazansaydıq, çox yaxşı olardı. Amma alınmadı. Buna rəğmən futbolçularımdan çox razıyam. Oyundan qabaq futbolçularla danışmışdıq. Onlara dedim ki, böyük komandalara qarşı oynamaq özlərini göstərmək üçün böyük şansdır. Futbolçular belə matçlarda özlərini göstərməlidir. Heç birinə iradım yoxdur. Belə rəqiblərlə matça motivasiya olmaq çətin deyil. Nəticə qazanmaq üçün bir az gücümüz çatmadı”.

O bildirib ki, Hakimlər Komitəsinin sədrinə böyük hörməti var.

“Bu gün mənə elə gəldi ki, baş hakimin gözündə mənə qarşı nifrət var idi. Bəlkə də mənə elə gəlib. Amma gözlər adamı aldatmır. Təki mən yanılım. Bəzi epizodlarda hakimin qərarları mübahisələrə səbəb olurdu. Transferlərin üzərində işləyirik. Beş mövqeyə futbolçu gətirmək istəyirik. Klub rəhbərliyi ilə hər gün danışırıq. Yanvarın 3-də toplanışa başlayacağıq, 3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Çempionatın səviyyəsi yüksəlib. Bunun səbəbi “Qarabağ”dır. Bütün klublar onların sayəsində səviyyələrini yüksəldirlər”.

Bizə qoşulun