"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov 5 ildən sonra çempionat qolunu vurdu
Milli.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 16-cı tur çərçivəsində "Qarabağ" - "Qəbələ" matçında Bədavi Hüseynov fərqlənərək uzun müddət sonra qol sevincini yaşayıb.
Təcrübəli müdafiəçi vurduğu qolla komandasına oyunda bərabərlik gətirib. Xatırladaq ki, Hüseynov sonuncu dəfə Azərbaycan çempionatında 2020/2021 mövsümündə "Keşlə"nin qapısına qol vurmuşdu.