Medianews.az
Rusiyalı sahibkar Putinə “pirojki” göndərdi -
58 baxış

Rusiyalı sahibkar Putinə “pirojki” göndərdi - VİDEO

Lyubertsı vilayətindəki “Maşenka” çörəkxanasının sahibi Denis Maksimov Rusiya Prezidenti Vladimir Putinə “birbaşa xətt” proqramından sonra maraqlı hədiyyə yollayıb.

“Qafqazinfo” xəbər verir ki, o, Putinə vitrin məhsullarını-“pirojki” və digər bişmiş məmulatlar göndərib.

Maksimov bildirib ki, həmin gün prezident üçün xüsusi məhsul bişirməyə vaxt olmayıb.

Ona görə çörəkxanada vitrin məhsulları seçilib - kələmli, kartoflu, soğanlı və yumurtalı “pirojki”, təzə çiyələk və albalı ilə hazırlanmış qat-qat və pendirli piroqlar:  

“Bu, bizim çörəkxanamız üçün böyük bir şərəfdir”.

O qeyd edib ki “Birbaşa xətt” proqramı saat 13:00-da başlayıb və bir neçə saat sonra prezidentə bişmiş məhsullar göndərilib.

Bizə qoşulun