“Yanvar ayının 22-də Filarmoniyada atamın sözlərinə yazılmış mahnılardan ibarət konsert təşkil olunub. Rəfiqəm mənim üçün oz cibinin puluna bilet alıb. Mənim uşaqlarım da getmək istəyir, amma bilmirəm o dəvətnamələri haradan əldə edim? Deyirlər ki, “səni Vahidin övladı olaraq tanımırlar”. Necə yəni tanımırlar? Vahidin doğma qızıyam da. İstəyirəm şəxsiyyət vəsiqəmi götürüb, filarmoniyaya gedim. Onlara sübut edim ki, mən Vahidin qızıyam. Bütün sənətkarların yubileyinə ailə üzvlərini dəvət edirlər. Mən tək deyiləm ki! Bəşir Səfəroğlunun qızı Afaq Bəşirqızı olsaydı o dəqiqə axtarıb tapardılar, Əliağa Vahidin qızı niyə sayılmır ki? Heç onlar özləri sayılmasın. Tədbiri İlqar Fəhmi aparacaq. Sən İlqar Fəhmi həmişə atamın gecələrində oturub danışırsan. Guya bilmirsən Əliağa Vahidin qızı var?”

Bunu Medianews.az-a açıqlamasında Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib.
O daha sonra əlavə edib: “Fikrət Qoca məni metroya, kitabxanaya işə düzəldib. Bir dəfə də Fatma Abdullazadə də məni metroya işə düzətdi. Fatma xanım o vaxt Tağı müəllimə zəng edib tapşırmışdı. Bu iki insandan başqa mənə heç kim kömək etməyib. Fikrət müəllimin qızı Pərvanə xanımla birlikdə kitabxanada işləmişəm. O yaxşı kişi idi. Ona həmişə rəhmət oxuyuram. Xırıltı ilə danışırdı, amma qızıl insan idi. Xalq şairi idi, hörməti də var idi. O qədər əlindən gələnlər var ki, heç kömək belə etmir. Əbülfəs Qarayev də bir dəfə kitabxanaya qayıtmağıma kömək etmişdi. Şairin adına hörmət yoxdur. Elə qapılar olub ki, getmişəm, əliboş qayıtmışam. Çox nadir hallarda olur ki, Əliağa Vahidin qızı olduğuma görə mənə kömək ediblər”.
Medianews.az

