Xırdalan şəhərində "Kristal Abşeron" yaşayış kompleksində baş verən yanğın qısa müddətdə söndürülüb.
Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
-----------
Xırdalan şəhərində yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.
Milli.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində yerləşən "Kristal Abşeron" yaşayış kompleksində baş verib.
Yanğınla əlaqədar əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.