“Həyatımda heç vaxt belə uduzmamışam. Uduzmaq olar, amma xarakter göstərmək lazımdır”.
Medianews.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 23-cü turunda “Sabah”a 0:7 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
Təcrübəli mütəxəssis komandasının darmadağınla üzləşməsini belə şərh edib:
“Futbolçuların bəzilərində bunu görmədim. Bu faciədir”.