Medianews.az
Həddindən artıq alma yemək
103 baxış

Həddindən artıq alma yemək niyə zərərlidir?

“Həddindən artıq alma yemək həzm sistemi üçün narahatlıq yarada bilər”.

Medianews.az xəbər verir ki, bunu diyetoloq Lauren Manaker deyib.

O bildirib ki, xüsusilə həssas mədəsi və ya irritabıl bağırsaq sindromu olan insanlar üçün bu daha çox riskldir. Alma yüksək lif və şəkər tərkiblidir, buna görə çox miqdarda istehlak edilməsi hətta sağlam insanlarda da həzm problemlərinə səbəb ola bilər.

Manaker vurğulayıb ki, almalar hər zaman axan su altında yuyulmalıdır, çünki yuyulmamış alma vasitəsilə pestisidlər orqanizmə keçə bilər.

Eyni zamanda, diyetoloq qeyd edib ki, gündə bir alma orqanizm üçün faydalıdır, çünki bu meyvə vitaminlər, antioksidantlar və liflə zəngindir. “Gündə bir alma yemək vərdişi, yetərli meyvə-tərəvəz istehlak etməyən insanlar üçün faydalı ola bilər”, – deyə Manaker əlavə edib.

Medianews.az

Bizə qoşulun