İspaniyalı həkim Antonio Ernandes xəbərdarlıq edib ki, parçalanmış yuxu – yəni tez-tez mikroyuxudan oyanmalar – insan ömrünü orta hesabla 7 il azalda bilər.
Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, belə yuxu zamanı insan orqanizmin bərpası zəifləyir. Əsas səbəblərdən biri gec yeyilən şam yeməyidir. Yeməkdən sonra orqanizm həzm prosesinə fokuslanır, bu isə mədə yanması və nəfəsalma çətinliyi yarada bilər.
Ernandes digər amillər arasında yataq otağında narahat temperaturu və axşam saatlarında elektron cihazlardan istifadənin yuxunu pozduğunu da qeyd edib.
Mütəxəssislər bildirirlər ki, sağlam və fasiləsiz yuxu uzunömürlülük üçün əsas şərtlərdən biridir.
Medianews.az