Medianews.az
Həkimlər qadının gözündən
115 baxış

Həkimlər qadının gözündən canlı gənə çıxardı

Rusiyada həkimlər 57 yaşlı qadının gözündən canlı gənəni uğurla çıxarıblar.

Medianews.az xəbər verir ki, hadisə qadın bağda işləyərkən üzünü kollara toxundurarkən baş verib.

Əvvəlcə narahatlığı gözünə toz düşməsi kimi qiymətləndirən qadın, ağrı və qıcıqlanma artdıqdan sonra həkimə müraciət edib. Müayinə zamanı həkimlər kirpiklər arasında canlı gənə aşkar ediblər.

Gənənin tam götürülməsi və göz toxumalarına zərərin dəyməməsi üçün parazitin çıxarılması vaxt alıb. Gənə analiz üçün laboratoriyaya göndərilib.

Hazırda qadının vəziyyəti yaxşıdır, görmə qabiliyyətinə və həyatına təhlükə yoxdur.

Medianews.az

Bizə qoşulun