Medianews.az
İranda vurulan təyyarə ilə bağlı gərginlik artır:
143 baxış

İranda vurulan təyyarə ilə bağlı gərginlik artır: Təyyarə qalıqlarının görüntüləri yayıldı

İran hava məkanında vurulduğu iddia edilən ABŞ təyyarəsi ilə bağlı mübahisə dərinləşir.

Medianews.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp pilotların xilas edildiyini açıqlayıb.

Buna baxmayaraq, İran bu iddianı təkzib edib və təyyarə qalıqlarından əldə olunan yanmış cəsəd görüntülərini yayıb.

Son günlər İran hava məkanına daxil olduğu və vurulduğu iddia edilən ABŞ hərbi təyyarələri əsas müzakirə mövzusuna çevrilib. “Wall Street Journal” qəzetinə danışan mənbənin sözlərinə görə, martın 3-də İranda ABŞ-a məxsus döyüş təyyarəsi qəzaya uğrayıb. Bundan sonra tərəflər arasında ekipaj üzvlərinin tapılması uğrunda yarış başlayıb.

Ağ ev xilasetmə əməliyyatının uğurla başa çatdığını və pilotların xilas edildiyini bəyan edib. Lakin İran bu məlumatı yalanlayaraq, ABŞ-nin axtarış əməliyyatı zamanı əlavə itkilər verdiyini iddia edir.

Tehranın açıqlamasına görə, əməliyyat zamanı ABŞ-yə məxsus 2 MC-130 təyyarəsi və 4 MH-6 “Little Bird” helikopteri vurulub. Bununla yanaşı, düşən hava vasitələrinin qalıqlarına dair görüntülər də yayılıb.

Yayılan kadrlarda təyyarə qalıqları arasında yanmış insan kəlləsi diqqət çəkir. İran tərəfi bu cəsədin ABŞ-nin xilas edildiyini iddia etdiyi pilotlardan birinə aid ola biləcəyini bildirir. Məsələ ilə bağlı Ağ evin mövqeyi hələlik açıqlanmayıb.

Medianews.az

Bizə qoşulun