Medianews.az
İşçilərin ixtisarı zamanı kimlərə üstünlük verilir?
92 baxış

İşçilərin ixtisarı zamanı kimlərə üstünlük verilir? - RƏSMİ AÇIQLAMA

İşçilərin ixtisarı zamanı bəzi kateqoriyadan olan şəxslərə işdə saxlanılmaq üçün üstünlük verilir.

Medianews.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verilir:

şəhid ailəsinin üzvlərinə

müharibə iştirakçılarına

əsgər və zabitlərin həyat yoldaşlarına

öhdəsində 16 yaşınadək iki və daha çox uşağı olanlara

məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə və qaçqın statusu olan şəxslərə

kollektiv və ya əmək müqaviləsində nəzərdə tutulan digər şəxslərə

Qeyd olunub ki, bu üstünlük yalnız işçilərin ixtisas və peşəkarlıq göstəriciləri eyni olduqda tətbiq edilir.

Bizə qoşulun