Medianews.az
“Sabah”ın baş məşqçisi:
104 baxış

“Sabah”ın baş məşqçisi: “Qarşı tərəfdən üzr istədik”

“Əlbəttə, insidentə görə qarşı tərəfdən üzr istədik. Sözün açığı, həmin anı görməmişdim. Oyuna fikrimi cəmləmişdim, bir də gördüm ki, gərginlik baş verib. “Sabah” olaraq biz heç vaxt belə halları dəstəkləmirik. Bu cür hallar fair-play qaydalarına ziddir”.

Medianews.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə “Qarabağ”la 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Litvalı mütəxəssis qarşılaşmanı belə şərh edib:

“İlk öncə onu qeyd edim ki, oyundan öncə məşqçilər heyətimlə hesabın belə ola biləcəyini deyirdik. Təəssüf ki, 3:0 hesabını qoruya bilmədik. Rəqibin böyük təcrübəsi var. Son 20 dəqiqədə “Qarabağ”ın təcrübəsi özünü göstərdi. Üzgünük. Bu, belə dövrdə bizim başımıza gələn ən yaxşı haldır. Qarşıda çətin oyunlar var. Bu da bizim səhvlərimizi görüb təhlil etməyimizə kömək edəcək. Hər iki tərəfi təbrik edirəm. Rəqib son 20 dəqiqədə hesabı bərabərləşdirdi.

Belə soyuq havada stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Təxminən 20 min azarkeş yeri boş idi. Belə oyunlar avrokubok matçlarından daha maraqlıdır. İntriqa, hər şey bu günkü oyunda vardı. Təəssüd ki, hesabda öndə olduğumuz oyunda xal itirdik. Belə oyunlardan dərs çıxarmalıyıq. Ümid edirəm ki, bir daha belə hallar olmayacaq”.

Bizə qoşulun