Gecədən bəri İsrailin Livanın cənubundakı şəhərlərə endirdiyi hava hücumlarında yeddi nəfər ölüb.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında “Hizbullah” lideri Naim Qasımın qardaşı oğlu və katibi Əli Yusif Harşi də var.
O, Beyruta edilən hava hücumunda öldürülüb.
