Medianews.az
İsrail ordusu İranın "Mi-17" helikopterini vurub -
141 baxış

İsrail ordusu İranın "Mi-17" helikopterini vurub - VİDEO

İsrail Müdafiə Qüvvələri İranın Kürdüstan vilayətində yerləşən Sənəndəc Beynəlxalq aeroportunda İrana ordusuna məxsus “Mi-17” helikopterini vurub.

Medianews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Dünən həyata keçirilən zərbə nəticəsində İnqilab Keşikçilərinin Hərbi Hava Qüvvələrinin hərbi imkanlarına vurulan zərər daha da dərinləşdirilir və İranın qərb bölgəsində hava üstünlüyü genişləndirilir. Hərbçilər əlavə edirlər ki, bu əməliyyat real vaxt kəşfiyyat məlumatları əsasında həyata keçirilib”,- deyə məlumatda qeyd olunub.

IDF helikopterin vurulma görüntülərini rəsmi "X" səhifəsində yayıb.

Bizə qoşulun