Beynəlxalq Xizək Federasiyasının (FIS) prezidenti Yohan Eliaş bildirib ki, İtaliyada keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarının fristayl yarışları üçün nəzərdə tutulan trasda problemlər mövcuddur.
BAKU.WS-in məlumtına görə, bu barədə ANSA agentliyi məlumat yayıb.
Eliaş qeyd edib ki, İtaliya hökuməti tərəfindən oyunlara ayrılan maliyyənin yetərsiz olması səbəbindən iştirakçılar qar örtüyünün çatışmazlığı ilə üzləşə bilərlər.
"Qar istehsalı ilə bağlı problem var, gecikmələr yaşanıb. Təəssüf ki, hökumət vəsait ayırmayıb, buna görə də təşkilatçılar çətin vəziyyətdədirlər. Bu, doğrudan da üzücüdür. Biz onlara gündə üç dəfə -səhər, günorta və axşam zəng edirik", - deyə Eliaş vurğulayıb.