Medianews.az
Kartof nə zaman təhlükəlidir?  -
212 baxış

Kartof nə zaman təhlükəlidir? - ekoloq danışdı

Ekoloq İlya Rıbalçenko xəbərdarlıq edib ki, bağ kartofu bəzi hallarda sağlamlıq üçün təhlükəli ola bilər.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, kartofda solanin və çakonin adlı zəhərli birləşmələr toplanır. Bu maddələrin miqdarı xüsusilə kartof zədələndikdə, göyərdikdə və ya çox cücərdikdə artır.

Ən çox zəhərli maddələr kartofun qabığında, gözlərində və yaşıl hissələrində olur. Rıbalçenko bildirib ki, belə kartofun yeyilməsi ürəkbulanma, qusma, ishal və daha ciddi fəsadlara səbəb ola bilər. “Yaşıl və çox cücərmiş kartof yemək üçün deyil, zibil qutusu üçündür”, – deyə o vurğulayıb.

Medianews.az

Bizə qoşulun