Rusiyada 87 yaşlı kişi MRT müayinəsi zamanı ölüb.
Medianews.az xəbər verir ki, faciə keçən ilin iyul ayında Primorskda yerləşən Artyom şəhərində baş verib.
Məlumata görə, pasiyentin döş nahiyəsində kardiostimulyator olduğu halda ona MRT müayinəsi aparılıb. Həkim xəstənin tibbi sənədlərini lazımi qaydada yoxlamayıb və təhlükəsizlik qaydalarını nəzərə almayıb.
Maqnit sahəsinin təsiri nəticəsində kardiostimulyatorun işi pozulub və bu, kəskin ürək-damar çatışmazlığına gətirib çıxarıb.
Həkim “peşə vəzifələrini lazımi şəkildə yerinə yetirməmə nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə ittiham olunur və iş məhkəməyə göndərilib.
Medianews.az