Sosial yardım təyin edilmiş ailənin üzvü kredit üçün müraciət edərsə və ya kredit götürülərkən digər şəxsə zamin olarsa, bu hal sosial yardımın dayandırılmasına səbəb ola bilərmi?
Medianews.az bildirir ki, Oxu24.com oxucudan daxil olan suala cavab olaraq bildirir ki,Xeyr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-сı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda bu hal nəzərdə tutulmayıb.
Hansı tarix ailənin sosial yardım alınması üçün müraciət tarixi sayılır?
VEMTAS tərəfindən ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır.
Sosial yardımın müddəti bitdikdən sonra təkrar müraciət etmək olarmı?
Hansı hallarda sosial yardım təyin olunmuş ailənin, təyin edilmə müddəti bitdikdən sonra sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciətinə maddi-məişət şəraitinin müayinəsi aparılmadan qərar verilir?