Medianews.az
Laricaninin yerini onlar satıbmış:
77 baxış

Laricaninin yerini onlar satıbmış: Heç kimin ağlına belə gəlməzdi...

İsrail rəsmiləri İranın nüfuzlu siyasi fiqurlarından biri olan Əli Laricaninin öldürülməsi ilə bağlı yeni detallar açıqlayıb.

Medianews.az xəbər verir ki, bu barədə İsrail rəsmiləri “İsrael Live” portalına məlumat verib. Onların sözlərinə görə, əməliyyatın uğurla həyata keçirilməsi son 24 saat ərzində Tehranda yaşayan sakinlərdən əldə edilən dəyərli kəşfiyyat məlumatları sayəsində mümkün olub.

Bildirilir ki, toplanan məlumatlar hədəfin yerinin dəqiqləşdirilməsində mühüm rol oynayıb.

İsrail tərəfi iddia edir ki, Laricani son günlər davranışları ilə diqqət çəkib. O, tez-tez ictimaiyyət qarşısında çıxış edib, o cümlədən Qüds Günü tədbirlərində iştirak edib, yerli və beynəlxalq mediaya müsahibələr verib.

Rəsmilərin sözlərinə görə, bu aktivlik onun yerinin müəyyən edilməsini asanlaşdırıb və nəticədə əməliyyatın icrasına şərait yaradıb.

Açıqlamada həmçinin qeyd olunur ki, İsrail kəşfiyyat orqanları Tehrandan daxil olan məlumat axını davam edir. Xüsusilə SEPAH və Bəsic qüvvələrinin nəzarət məntəqələrinin yerləşdiyi ərazilərlə bağlı dəqiq informasiyaların əldə edildiyi vurğulanır.

Bizə qoşulun