Medianews.az
Toyuq kəsilən sexdə xeyli sayda nöqsanlar -
58 baxış

Toyuq kəsilən sexdə xeyli sayda nöqsanlar - FOTO

Lənkəranda toyuq kəsilən sexdə xeyli sayda nöqsanları üzə çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)  Medianews.az-a bildirilib ki, Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən toyuq kəsimi sexində yoxlama keçirilib.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

"Kəsim sexinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Həmçinin temperatur rejiminə əməl edilmədiyi, etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb. Qida obyektinə qəbul edilən diri quşların müşayiətedici sənədləri də yoxlamaya təqdim edilməyib.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, obyektin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.

Bizə qoşulun