ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmasını nəzərdən keçirdiklərini açıqlayıb.
Medianews.az xəbər verir ki, bu barədə o, Ağ Evdə açıqlamalar verib.
O bildirib ki, ABŞ digər ölkələrə yardım edir, lakin eyni münasibəti görmədikdə bu məsələyə yenidən baxmaq zərurəti yaranır:
“Biz digər ölkələrə kömək edirik. Onlar bizə kömək etmədikdə bunun üzərində düşünməliyik”, – deyə Tramp vurğulayıb.
ABŞ lideri qeyd edib ki, bu qərarın qəbulu üçün Konqresin razılığına ehtiyac yoxdur və belə bir addımı təkbaşına ata biləcəyini bildirib.