Medianews.az
Lerikdə altı kəndin yol dərdi: "Cavanlar artıq burada qalmır" -
57 baxış

Lerikdə altı kəndin yol dərdi: "Cavanlar artıq burada qalmır" - VİDEO

Lerik rayonunun Vizəzəmin kənd inzibati ərazi dairəsinə daxil olan altı kəndin yolları yararsız vəziyyətdədir.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər aidiyyəti qurumlara etdikləri müraciətlərin cavabsız qaldığını bildirirlər.

Kənd sakinlərindən biri deyib:

"Yolsuzluğa görə təcili yardım, yanğınsöndürən maşınlar kəndə gəlib çıxa bilmir. Xəstələrimizi kənddəki "Niva" maşınları ilə xəstəxanaya özümüz aparırıq. Cavanlar artıq burada qalmır, çıxıb gedirlər".

"Aidiyyəti qurumlara saysız-hesabsız məktub göndərmişik. Hamımıza şablon cavab verirlər. Yolun bu halda olması heç kəsin vecinə deyil" - deyə, digər sakin qeyd edib.

Bizə qoşulun