Komandaların start heyətləri açıqlanıb:
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Coni Montiel, Abdullah Zubir (k), Kamilo Duran.
Ehtiyat heyət: Amin Ramazanov, Fabian Buntiç, Samuel Mmae, Kris Kuaku, Emmanuel Addai, Dani Bolt, Aleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Bədavi Hüseynov, Kadi Borges.
"Nyukasl": Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.
----------
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində tarixi sınağa çıxır.
Azərbaycan çempionu ilk dəfə vəsiqə qazandığı bu raundda bu gün doğma azarkeşləri önündə İngiltərə təmsilçisi "Nyukasl" klubu ilə üz-üzə gələcək.
Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək. Oyunun baş hakimi Norveçdən olan FIFA referisi Espen Eskas olacaq.
Tərəflər arasında cavab matçı fevralın 25-də İngiltərədə baş tutacaq. Bu cütün qalibi 1/8 final mərhələsində "Çelsi" və ya "Barselona" ilə qarşılaşacaq.
Beləliklə, "Qarabağ"ı həm klub, həm də Azərbaycan futbolu üçün böyük əhəmiyyət daşıyan 90 dəqiqə gözləyir. Azarkeşlər isə komandadan növbəti tarixi uğuru gözləyirlər.