Türkiyə ərazisində Liviya Baş Qərargah rəisinin olduğu təyyarə qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində Ankaranın hava məkanı müvəqqəti olaraq bağlanıb.
Bildirilib ki, Falcon 50 biznes-jet təyyarəsi Ankaradakı Esenboğa aeroportundan havaya qalxaraq Tripoliyə yönəlmişdi. Təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib və dərhal paytaxtın hava məkanı bağlanıb. Yerli sakinlərin sözlərinə görə, qalxışdan dərhal sonra uzaqdan eşidilən boğulmuş partlayış səsi gəlib.
Təyyarədə ümumilikdə beş nəfər olub, onların arasında Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Haddad da vardı.