Medianews.az
Türkiyədə radarlardan itən təyyarədə Liviyanın Baş Qərargah rəisi ilə yanaşı
76 baxış

Türkiyədə radarlardan itən təyyarədə Liviyanın Baş Qərargah rəisi ilə yanaşı beş sərnişin olub

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu təyyarə ilə bağlı açıqlama verib.

Bu barədə "Report" "HaberGlobal"a istinadən xəbər verir.

"Bu axşam saat 20:10-da Ankara Esenboğa hava limanından Tripoliyə gedən "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb; lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb.

Təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin var. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək", - deyə o bildirib.

Bizə qoşulun