Medianews.az
Lotereya qalibi 1 milyon dollardan
67 baxış

Lotereya qalibi 1 milyon dollardan imtina etdi - FOTO

Kanadanın Kvebek şəhərindən olan 20 yaşlı Brenda Aubin‑Veqa lotereyada qazandığı 1 milyon dolları nağd şəkildə almaqdan imtina edərək ömürlük həftəlik 1000 dollar ödənişi seçib.

Milli.Az xəbər verir ki, bu qərar sosial mediada geniş müzakirələrə və tənqidlərə səbəb olub.

Məlumata görə, Aubin-Veqa "Gagnant à Vie" adlı lotereya biletində əsas mükafatı qazandığını öyrəndikdən sonra əlaqə saxlayaraq birdəfəlik ödəniş əvəzinə annuitet variantını seçdiyini bildirib.

Bir çox istifadəçi 1 milyon dolları dərhal alıb investisiya etməyin daha məntiqli olduğunu iddia edib.

Maliyyə mütəxəssisləri isə bildirir ki, annuitet seçimi də riskləri azaldan üstünlüklərə malikdir. Həftəlik 1000 dollar ödəniş illik təxminən 5,2 faiz gəlir deməkdir və ödənişlər Kvebek əyaləti tərəfindən təmin olunduğu üçün yüksək etibarlılıq hesab olunur. Üstəlik, Kanadada lotereya uduşları vergiyə cəlb edilmədiyindən, Aubin-Veqanın hər iki variantdan vergisiz yararlanmaq imkanı var idi.

Qərar birmənalı qarşılanmasa da, gənc qalib ömürlük sabit və təminatlı gəliri üstün tutduğunu açıq şəkildə nümayiş etdirib.

Bizə qoşulun