Rusiyada Mixail Malışev kimi tanınan məşhur kannibal klinikaya gedərkən vəfat edib.
Medianews.az xəbər verir ki, Malışev 23 ilini həbsxanada keçirib.
1990-cı illərin sonlarında o, iki nəfəri öldürüb və cəsədlərini parçalayıb. Qurbanlardan birini manyakın əsiri ola İnna gətirib. Qadın özü də Malışev tərfindən işgəncə görüb. Malışev onun burnunun ucunu dişləyib.
Azadlığa çıxdıqdan sonra manyak mənzilinə qayıdıb və uşaq və yeniyetməlik illərində pişik və it yeməsinə baxmayaraq, tanışı vasitəsilə heyvan sığınacağında iş tapıb. O, həmin vaxt jurnalistlərə mühafizəçi olmaq arzusunda olduğunu, lakin əvvəlki yeddi məhkumluğu səbəbindən heç kimin onu işə götürmədiyini bildirib.
Malışev xəstəxanaya gedib və foyedə yıxılıb. Həkimlər onu həyata qaytarmağa çalışıblar, amma nəticəsi olmayıb. Malışev qaraciyər sirrozundan ölüb.
Medianews.az