Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Vətən Müdafiəçiləri Günü” münasibətilə Rusiya hərbçilərinə müraciət edib.
Medianews.az xəbər verir ki, siyasətçi, MAX kanalında yayımlanan videomüraciətində döyüş meydanında hərbçiləri özlərinə və yaxınlarına qayğı göstərməyə çağırıb.
Medvedev bildirib ki, “Rusiyanın qələbəyə ehtiyacı var, amma qələbənin qiyməti vacibdir”.
O, fevralın 23-də pilotsuz uçuş aparatları istehsal olunan müəssisəyə səfər etdiyini də qeyd edib.
Medvedev daha əvvəl çıxışlarında Rusiyanın çətin şəraitdə təkbaşına irəlilədiyini deyib və Ukrayna Prezidenti Volodimir Zelenski barədə sərt fikirlər səsləndirib.
Medianews.az