Kahramanmaraş şəhərində orta məktəbdə 9 nəfərin ölümü ilə nəticələnən silahlı hücumla bağlı araşdırmada yeni detallar ortaya çıxıb.
Medianews.az-ın məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, hücumu törədən İsa Aras Mersinli hadisədən bir neçə gün əvvəl atası ilə birlikdə polis poliqonunda atış təlimi keçib.
Həmin görüntülərin yayılmasından sonra poliqonda xidmət aparan polis əməkdaşı M.Y. vəzifədən uzaqlaşdırılıb və barəsində araşdırma başlanıb.
Məktəbində baş verən hücumda istifadə olunan silahların hücumçunun atasına məxsus olduğu təsdiqlənib. Keçmiş polis əməkdaşı olan ata ifadəsində oğlunu daha əvvəl atış təlimi üçün poliqona apardığını bildirib. O, istintaq çərçivəsində həbs edilib.
Ortaya çıxan görüntülərdə hücumçunun hədəfə atəş açdığı, atasının isə ona istiqamət verdiyi əks olunub.
Faktla bağlı məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Medianews.az