Medianews.az
"Məni assınlar" -
98 baxış

"Məni assınlar" - Türkiyəni sarsıdan MƏHKƏMƏ İŞİ

Türkiyədə “Aleyna Çakır” adı ilə tanınan Sema Esenin ölümü ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Medianews.az xəbər verir ki, Ankara 34-cü Ağır Cinayət Məhkəməsində keçirilən iclasda əsas təqsirləndirilən şəxs Ümitcan Uyğun videobağlantı vasitəsilə iştirak edib.

Məlumata görə, Sema Esen Ankaranın Keçiören rayonundakı evində ölü tapılmışdı. Hadisə ilə bağlı sevgilisi Ümitcan Uyğun barəsində “intihara təhrik etmə”, “intihar qərarını gücləndirmə” və “işgəncə” maddələri üzrə cinayət işi açılıb. Prokurorluq onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.

Məhkəmə zamanı Ümitcan Uyğun ittihamları qəbul etməyərək videolarda görünən zorakılıq görüntüləri barədə danışıb. O bildirib ki, yayılan görüntülər hadisədən 2-3 ay əvvəl çəkilib və həmin videoda Sema Esenə yalnız bir dəfə şillə vurub.

Uyğun müdafiəsində “Əgər iddialar doğrudursa, qoy Kızılayın ortasında dar ağacı qurub məni assınlar” ifadəsini işlədib. Onun bu sözləri məhkəmə zalında və sosial mediada geniş müzakirələrə səbəb olub.

Sema Esenin ailəsinin vəkili Umur Yıldırım isə məhkəmədə bildirib ki, təqsirləndirilən şəxsin mesajları onun zərərçəkmişə davamlı şəkildə zorakılıq etdiyini göstərir. Vəkil hadisə yerində lazımi araşdırmanın aparılmamasını işin ən böyük çatışmazlığı kimi qiymətləndirib və Ümitcan Uyğunun həbsdə qalmasını tələb edib.

Prokuror yekun çıxışında təqsirləndirilən şəxsin “intihara təhrik etmə” və “işgəncə” maddələri ilə ümumilikdə 18 il həbs cəzasına məhkum edilməsini istəyib.

Məhkəmə heyəti tərəflərə yekun mülahizəyə qarşı əlavə müdafiə hazırlamaq üçün vaxt verərək prosesi növbəti tarixə təxirə salıb.

Medianews.az

Bizə qoşulun