Medianews.az
Bu dəfə piyadanı
81 baxış

Bu dəfə piyadanı təyyarə vurdu

Denver Beynəlxalq Hava Limanında "Frontier Airlines" şirkətinə məxsus təyyarə uçuş zolağında piyadanı vurub.

Medianews.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisədən sonra təyyarə uçuşu dayandırıb.

Şirkətin verdiyi açıqlamada Denverdən Los-Ancelesə uçan Airbus A321 (4345 nömrəli reysi) təyyarəsinin göyərtəsində 224 sərnişin və 7 heyət üzvünün olduğunu bildirib.

Təyyarə qalxmağa hazırlaşarkən uçuş-enmə zolağında bir piyada ilə toqquşub: "Təyyarənin salonunda tüstü yarandı və pilotlar uçuşu dayandırdılar. Daha sonra, ehtiyat tədbiri olaraq, sərnişinlər istiqamət oxlarından istifadə edərək təhlükəsiz şəkildə təxliyə edildilər".

Hava limanından bildirilib ki, hadisə yerinə təcili yardım briqadaları cəlb olunub və sərnişinlər terminala təxliyə edilib.

Araşdırma müddətində 17L uçuş-enmə zolağı hər kəs üçün bağlanacaq.

Bizə qoşulun