İranın yeni ali rəhbəri Müctəba Xameneinin yaxın vaxtda ilk ictimai müraciətinin yayımlanacağı açıqlanıb.
Medianews.az bildirir ki, məlumat Müctəba Xameneinin rəsmi teleqram kanalında yerləşdirilib.
Məlumatda bildirilir ki, müraciət yeddi əsas bölmədən ibarətdir və strateji mesaj kimi hazırlanıb.
Mesajda islam inqilabı, xalqın rolu və vəzifələri, silahlı qüvvələr, dövlət qurumları və müqavimət cəbhəsi ilə bağlı məqamların yer alacağı qeyd olunub.
Həmçinin müraciətdə region ölkələri ilə münasibətlərə və İranın düşmənləri ilə qarşıdurma məsələlərinə toxunulacağı vurğulanıb.