ABŞ İranla münaqişəni aprelin 9-na qədər həll etmək üçün razılığa gəlməyi planlaşdırır.
Medianews.az Ynet-ə istinadla xəbər verir ki, İsrail mənbəsi amerikalıların danışıqları davam etdirəcəyini iddia edib.
O iddia edir ki, münaqişənin bitməsi ABŞ prezidenti Donald Trampa İsrailin Müstəqillik Günü şənliklərində (21-22 aprel) iştirak edərək ölkənin ən yüksək mükafatını almaq imkanı verəcək.
ABŞ-İran danışıqları bu həftə Pakistanda planlaşdırılır.
"Fox Business"ə verdiyi müsahibədə Tramp İranla razılaşmanın növbəti 5 gün ərzində əldə edilə biləcəyini bildirib. O daha sonra CNN-ə deyib ki, həm Vaşinqton, həm də Tehran razılığa gəlmək istəyir.