Azərbaycanda pensiya təyinatı ilə bağlı tez-tez müzakirə olunan məsələlərdən biri də sosial sığorta stajı tam 25 ilə çatmayan şəxslərin hüquqlarıdır.
Bəs stajın tamamlanmasına bir neçə ay qalan və artıq pensiya yaşı tamamlanan vətəndaşlar təqaüd ala bilirmi?
Medianews.az xəbər verir ki mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən müəyyən hallarda vətəndaşlara güzəşt tətbiq olunur.
“Əgər şəxsin 65 yaşı tamam olubsa, 1 yanvar 2006-cı ilə qədər iş stajı mövcuddursa və 1 yanvar 2006-cı ildən 2018-ci ilə qədər onun məcburi dövlət sosial sığortası həyata keçirilibsə, bu zaman həmin şəxsə 25 il sosial sığorta stajı “tamamlanmış” kimi hesab olunur”.
Hüquqşünas qeyd edib ki, belə hallarda vətəndaşa pensiya təyin edilir, lakin bu, minimal pensiya məbləği əsasında olur.