Mütəxəssislər bildirir ki, sürətli arıqlamaq üçün tətbiq olunan sərt və aşağı kalorili pəhrizlər əks təsir göstərərək prosesi çətinləşdirə bilər.
Medianews.az xəbər verir ki, türkiyəli diyetoloq Banu Doğanların “ac qalmadan arıqlamaq olmaz” düşüncəsi yanlış olduğunu deyir.
Sağlam arıqlama bədənin ehtiyacından bir qədər az kalori qəbul etməklə mümkündür.
Uzun müddət ac qalmaq və çox az qidalanmaq maddələr mübadiləsini yavaşladır, nəticədə şirin istəyi və nəzarətsiz yemək halları artır. Bu da arıqlama prosesini ləngidir.
Gündəlik həyatda nəzərə alınmayan vərdişlər – əlavə qəlyanaltılar, az su qəbulu, hərəkətsizlik və porsiya nəzarətinin olmaması arıqlamağa mane olur.
Yanlış qidalanma, xüsusilə protein və lifin az olduğu rasion, qan şəkərinin dalğalanmasına və tez-tez acmağa səbəb olur. Stress və yuxusuzluq da bu hissi gücləndirir.
Mütəxəssislər hər qidalanmada protein, lif və faydalı yağların olmasını tövsiyə edir. Kifayət qədər su qəbulu və müntəzəm fiziki aktivlik də vacib sayılır.
Qısa müddətli sərt pəhrizlər davamlı nəticə vermir. Uzunmüddətli və sağlam arıqlama yalnız balanslı qidalanma və düzgün həyat tərzi ilə mümkündür.
Medianews.az