Medianews.az
Narkoloq: Hətta spirtsiz pivə də
89 baxış

Narkoloq: Hətta spirtsiz pivə də risklidir

Narkoloq və psixiatr Vasili Şurrov pivə sevənlərə xəbərdarlıq edib.

Medianews.az xəbər verir ki, o, həm pivənin, həm də spirtsiz analoqunun sağlamlıq üçün risk daşıdığını bildirib.

Mütəxəssisin sözlərinə görə, pivədən sui-istifadə metabolik sindroma, qarın piylənməsinə, qan şəkərinin yüksəlməsinə və arterial təzyiqin artmasına səbəb ola bilər.

Şurrov əlavə edib ki, spirtsiz pivə də təhlükəsiz deyil. Alkoqol asılılığı olan insanlarda sarsıntılar çox vaxt məhz bu içkidən başlayır. “Əlbəttə, günəşli havalarda insanlar əhvalını yüksəltmək üçün yüngül içkilərə meyl edirlər, amma bu, ciddi risklər yarada bilər”, – deyə həkim vurğulayıb.

Mütəxəssislər sağlamlıq üçün pivənin miqdarına diqqət etməyi və onu “zərərsiz içki” kimi qəbul etməməyi tövsiyə edirlər.

Medianews.az

Bizə qoşulun