Medianews.az
Nətənz nüvə obyektinə hücum edilib -
138 baxış

Nətənz nüvə obyektinə hücum edilib - VİDEO

İran ABŞ və İsrailin Nətənz nüvə obyektinə hücum təşkil etdiyini açıqlayıb.

Medianews.az xəbər verir ki, bununla bağlı İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyindəki (AEBA) nümayəndəsi Rza Nəcəfi məlumat yayıb.

O bildirib ki, hücum zamanı Nətənzəki nüvə infrastrukturu hədəf alınıb.

Obyektə dəymiş zərərin miqyası barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, İsrail 13 iyun 2025-ci ildə başlayan və 12 gün davam edən hərbi əməliyyatlar zamanı İranın müxtəlif şəhərlərindəki strateji obyektlərə, o cümlədən nüvə müəssisələrinə zərbələr endirib. ABŞ isə 22 iyunda Nətənzla yanaşı, Fordo və İsfahandakı nüvə obyektlərinə hücum həyata keçirib.

Medianews.az

 

Bizə qoşulun