Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayevi muxtar respublikanın Baş naziri təyin edib.
Medianews.az Cabbar Musayevin tərcümeyi-halnı oxucuların diqqətinə çatdırır:

Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.
Türkiyə paytaxtı Ankarada ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.
2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini, 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Evlidir, iki övladı var.