Medianews.az
Neft ölkəsində benzin çatışmazlığı:
82 baxış

Neft ölkəsində benzin çatışmazlığı: AI-95 böhranı böyüyür

Rusiyada yüksək tələbat mövsümü ərəfəsində AI-95 markalı benzin üzrə təklif çatışmazlığı yaranıb.

Medianews.az xəbər verir ki, “Kommersant” nəşrinin məlumatına görə, buna səbəb neft emalı zavodlarında planlaşdırılmamış təmir işləri, neft məhsullarının emal həcminin azalması və mövsümi istehlak artımıdır.

Məlumata əsasən, vəziyyətlə əlaqədar neft emalı zavodları istehsalı daha çox sosial əhəmiyyət daşıyan AI-92 markalı benzinin xeyrinə yenidən bölüşdürməyə başlayıb.

Rusiya Federal Antiinhisar Xidməti isə hələlik vətəndaşlardan benzin çatışmazlığı ilə bağlı rəsmi şikayət daxil olmadığını bildirib./musavat.com

Bizə qoşulun