Medianews.az
TƏCİLİ: Azər Əhmədov
185 baxış

TƏCİLİ: Azər Əhmədov işdən çıxarıldı - FOTO

Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov işdən çıxarılıb.

Medianews.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Azər Əhmədovun işdən çıxarılmasının səbəbi hələlik açıqlanmayıb.

Məlumat üçün bildirək ki, Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.

2020-ci ildə  Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, 2020-2023-cü illərdə isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib.

2024-cü il aprelin 18-dən indiyədək Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsində çalışıb./Teleqraf

  SON DƏQİQƏ! Pediatriya Mərkəzinin direktoru işdən çıxarıldı

Bizə qoşulun