Salyan rayonunda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti aşkarlanıb.
Medinaews.az "Unikal"ın məlumatına görə bildirir ki, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə yaşadığı evi tərk edərək naməlum istiqamətə gedib.
Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşlarının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində kişinin meyiti “Qanlı dərə” adlanan ərazidə tapılıb.
Faktla bağlı araşdırma aparılır.