“Netflix” şirkəti ABŞ-nin Texas ştatında məhkəmə ilə üz-üzə qalıb.
Medianews.az-ın məlumatına görə, Texas Baş prokurorluğu şirkəti uşaqlara aid məlumatları icazəsiz toplamaq və reklam məqsədilə istifadə etməkdə ittiham edir.
İttihama görə, “Netflix” platformasında istifadəçiləri daha uzun müddət ekranda saxlamaq üçün “avtomatik oxutma” kimi funksiyalar qəsdən tətbiq edilib. Bu üsulların uşaqlar üçün asılılıq yarada biləcəyi bildirilir.
Şirkətin isə istifadəçi məlumatlarını reklam texnologiyası şirkətlərinə ötürdüyü iddia olunur. Texas tərəfi “Netflix”in məlumatların qorunması ilə bağlı açıqlamalarının da yanıltıcı olduğunu bildirir.
“Netflix” isə ittihamları rədd edərək, məlumatların qorunmasına ciddi yanaşdıqlarını və qanunlara əməl etdiklərini açıqlayıb.
Məhkəmə iddiasında şirkətin qanunsuz toplanmış məlumatları silməsi və pozuntu halında cərimə ödəməsi tələb olunur.
Medianews.az